Plastcon Group Pipe şirkəti polimer məhsulların (boru və boru birləşmələrin) istehsalını və satışını həyata keçirir. Bununla yanaşı su, qaz və kanalizasiya sistemlərinin qurulmasınını təşkil edir. Uğurlu layihələrin icrasının reallaşdırılması və hal-hazırda da bu sahədə işlərin davam etdirilməsi bizim fəaliyyətimizin mərkəzində dayanır.
Layihələrin icrasına yüksək ixtisaslı kadrları cəlb edir, müasir və innovativ məhasullardan istifadə edir, bütün xidmətləri beynəlxalq standartlara uyğun təhvil verir.
Şirkətimiz hər zaman müştərilərimizə xidmət göstərərkən mükəmməlliyə can atır, onların maraqlarını qoruyur, tələblərinə diqqətlə yanaşır, gözləntilərini doğrultmağa çalışır.
Biznesimizin uğurlu olması 3 amilə əsaslanır – Keyfiyyət, Komfort və Dürüstlük. Məhz bu sarsılmaz prinsiplərin sayəsində Plastcon Group Pipe lider adını qazanmışdır. Beynəlxalq standartlara cavab verən keyfiyyətə nail olmaq üçün biz yeni avadanlıq və materiallardan istifadə edir, qabaqcıl texnologiyaları tətbiq edirik və bunun sayəsində Azərbaycana gətirilən bir çox innovasiyaların pioneri sayılırıq.
Lakin komanda olmadan heç bir tərəqqi də ola bilməz. Bu səbəbdən bizim üçün əsas dəyər – insan faktorudur. Şirkətin əsas kapitalı burada çalışan əmkdaşlardır. Bu gün istənilən mürəkkəblikdə məsələləri həll edə biləcək, səriştəli möhkəm komandamız var. Kompaniyaların başında yüksək professional səviyyəyə malik, zəngin idarəetmə təcrübəsi olan, şirkətin sabitliyini və inkişafını təmin edə bilən kadrlar durur.
Məsuliyyət – Plastcon Group Pipe üzərinə götürdüyü bütün öhdəlikləri və vədləri vaxtında, keyfiyyətlə və şəffav şəkildə yerinə yetirir.
Keyfiyyət - Yüksək keyfiyyətli məhsul və xidmətləri təmin edirik.
Şirkət fəaliyyət dairəsini genişləndirmək, mövcud sahələrə isə daha geniş yanaşmaq niyyətindədir. Qısamüddətli perspektivdə yeni sənaye müəssisələrinin salınması nəzərdə tutulur. Həmçinin birliyin planlarına qeyri-yaşayış tikintisinə investisiyaların qoyulması və yeni biznes sahələrinin araşdırılması daxildir.
İdarəetmənin keyfiyyətini, həmçinin müştərilərin məhsul və xidmətlərin keyfiyyəti ilə məmnunluğunu təmin etmək məqsədi ilə Plastcon Group Pipe aşağıda göstərilən missiya və siyasəti yerinə yetirmək öhdəliyini öz üzərinə götürür.
Cəmiyyət - Qanunvericiliyə riayət, mənəvi dəyərlər və adət ənənələrə hörmət çərçivəsində ətraf mühitə töhfə vermək.
Şəffaflıq - Bizim tərəfdaş, müştəri və işçilərimiz arasında fəaliyyət aydınlığı və şəffaflıq nümayiş etdirmək.
Bizim dəyərlərimiz bizim şirkətin əsas mənbəyi və məsuliyyətimizin əsas dayanıqlarıdır. Biz bu dəyərləri hər bir iş əməliyyatımızda və qərarımızda izləyirik.