Fitinqlər boruların birləşdirilməsini və yönləndirilməsini asanlaşdıran santexnika və boru sistemlərinin vacib komponentidir. İstehsal etdiyimiz fitinq borular sızdırmazlığı təmin etməklə və sistemin ümumi işini optimallaşdırmaqda mühüm rol oynayırlar.
Fitinqlər müxtəlif növ borulara və tətbiqlərə uyğun olaraq müxtəlif formalarda, ölçülərdə və materiallarda olur.
Polietilenin (PE100) təzyiq və temperatur altında qəliblərə tökülməsi üsulu ilə istehsal olunur. Fitinqlər boru sisteminin istiqamətini dəyişmək, bərabər paylanma və ya başqa diametrə çevirmək istədikdə istifadə olunur. Quraşdırılması qaynaqla birləşdirmə ilə edilir ki, bu da maliyyə xərclərini azaldır və əlavə xərjlərdən azad edir. PE 100-dən hazırlanmış 63 -315 mm diametrində olan dirsəklər, flanslar, keçidlər, üçlüklər və qapayıcılar su və qaz xətlərində istifadə olunur.
Monolit fiting növləri:
Biz müxtəlif növ maye və qaz xətlərinin istiqamətini dəyişmək üçün istifadə olunan geniş çeşiddə PP-RC üçlük, dirsək, mufta, xomut, qapayıcı və.s istehsal edirik. Çeşidlərimizin ölçüləri dəqiqdir və PP-RC boruları əlaqələndirmək üçün əla vasitədir.
PP-RC borular və fitinqlər gigiyenikdir, yüksək temperatur və təzyiqə davamlıdır, çəkisi metal borulardan yeddi dəfə azdır, istismar müddəti çoxdur, daxili səthi hamar olduğu üçün maye sürtünməsini azaldır, gözəl dizaynı və rəngləri vardır.
PPR və PPRC boruların fiting növləri:
Polipropilendən hazırlanmış kanalizasiya fitinqləri analoji çuqun fitinqlərdən 15-20 dəfə daha yüngüldür. Onlar yuyucu maddələrin təsirinə davamlıdır və həmçinin, boyamağa heç bir ehtiyac yoxdur. Genağızın mövcudluğu onların bir-biri ilə asanlıqla birləşməsini təmin edir. Zəmanət müddəti 50 ildən artıqdır.
PPH boruların fiting növləri: