PVC, PPH borular

PVC boruları yüngül çəkiyə, çox möhkəm gövdəyə malikdir. PVC boruları hamar daxili səthə malik olduqlarından onlarda çirklənmə və tutulma halları istisnadır. Genağız konstruksiya sayəsində bir biri ilə və digər PVC fitinqlərlə rahat birləşərək vahid bir sistem yarada bilir. Bu sistem vasitəsilə ağır və baha başa gələn tikinti texnikasından istifadə olunmadan, təzyiqsiz çirkab və yağıș sularının bir yerdən digərinə ötürülməsini təmin etmək mümkündür.

PVC borular

Digər plastik materiallarla müqayisədə PVC boruları həm daha çox az enerji və daha az istehsalat vaxtına sahibdir. 

PVC boruların texniki xüsusiyyətləri

  • Material: polivinilxlorid PVC 100 və PVC 125 (PVC-U).
  • İşləmə temperaturu: 0° - 45°C.
  • Tətbiq: texniki və içməli su təchizatı, kimya və qida sənayesi, PVC yapışqanlı kanalizasiya, hovuz və fəvvarələrin tikintisi.
  • İstehsal forması: 3 metr, 4 metr, 5 metr, bir zəng formalı ucu və ya hər iki tərəfi hamar olan qamçılar.
  • Təzyiq: 16 atmosferə qədər (PN 6, PN 8, PN 10, PN 12.5, PN 16).
  • Qoşulma: PVC-U (PVC-U) üçün xüsusi yapışqan istifadə edərək rozetkaya qoşulma.
  • Xidmət müddəti: 50 il.

Kanalizasiya polipropilen boruları PPH

Daxili kanalizasiya şəbəkələrini yaratmaq üçün PPH "Homogen polipropilen"dən hazirlanmış borulardan istifadə olunur. Bu borular yüksək fiziki və mexaniki xassələrə malik olduqlarından aqressiv mühitə qarşı davamlıdırlar. Bu xassələr kanalizasiya borularının həm daxili və həm də xarici səthlərinə şamil oluna bilər və PVC borularından fərqli olaraq sınmaya qarşı daha dözümlüdürlər.

Polipropilen kanalizasiya borular analoji çuqun borulardan 15-20 dəfə daha yüngüldür. Onlar yuyucu maddələrin təsirinə davamlıdır və həmçinin, Boruları boyamağa heç bir ehtiyac yoxdur. Genağızın mövcudluğu onların bir-biri ilə asanlıqla birləşməsini təmin edir. Zəmanət müddəti 50 ildən artıqdır.

PPH boruların texniki özəllikləri:

  • +95˚C temperaturlu isti su axınına müqavimət (bəzi hallarda +100 ˚ C-yə qədər).
  • Kimyəvi maddələrə, tərkibində müxtəlif növ korroziya materialları və qarışıqları olan çirklənmiş sənaye və kənd təsərrüfatı sularına müqavimət.
  • Hidravlik sürtünmə müqavimətliliyi
  • Kipləşdirici rezin həlqənin köməyi ilə germetik birləşmələr
  • Borular və fitinqlərin çəkisinin az olması daşınma və quraşdırma işlərini asanlaşdırır.
  • Su axını zamanı metal və PVC borulardan fərqli olaraq, PPR boruları səs və vibrasiyanı boğur.
  • Aşağı istilik keçiriciliyinə görə boruların xarici səthində rütubətin kondensləşməsi baş vermir.

Kanalizasiya polipropilen boruları PPH

Nominal diametri, D (mm) Divarın qalınlığı, S (mm) Borunun uzunluğu, L, mm
50 1,8 250 500 750 1000 1500 2000 3000
63 1,8 250 500 750 1000 1500 2000 3000
75 1,9 250 500 750 1000 1500 2000 3000
110 2,7 250 500 750 1000 1500 2000 3000
160 4,0 - 500 750 1000 1500 2000 3000
200 4,9 - - 750 1000 1500 2000 3000

DİGƏR MƏHSULLAR

Birləşdirici hissələr
Məhsulu göstər
PPR, PPRC borular
Məhsulu göstər
Drenaj borular
Məhsulu göstər
Qofralı çirkab su, kabel və drenaj boruları
Məhsulu göstər
PE100 boruları
Məhsulu göstər